"Xalq Sığorta" ASC 2025-ci ilin yekunları ilə bağlı maliyyə göstəricilərini açıqlayıb.
Yurd.Media xəbər verir ki, şirkət ötən il 6 milyon manat xalis mənfəət əldə edib. Bu, əvvəlki illə müqayisədə 25,3% çoxdur.
Bu ilin əvvəlinə "Xalq Sığorta"nın aktivləri ötən ilin əvvəlinə nisbətən 5% çox - 93,5 milyon manat təşkil edib.
Şirkətin öhdəlikləri 29,6 milyon manat (0,5% az), balans kapitalı isə 63,9 milyon manat (7,8% çox), o cümlədən nizamnamə kapitalı 58,75 milyon manat (dəyişməyib) olub.