"Xalq Həyat Sığorta" ASC 2025-ci ilin yekunları ilə bağlı maliyyə göstəricilərini açıqlayıb.
Yurd.Media xəbər verir ki, şirkət ötən il 2,1 milyon manat xalis mənfəət əldə edib. Bu, əvvəlki illə müqayisədə 22,8% çoxdur.
Bu ilin əvvəlinə "Xalq Həyat Sığorta"nın aktivləri ötən ilin əvvəlinə nisbətən 8,6% çox – 31,9 milyon manat təşkil edib.
Şirkətin öhdəlikləri 14 milyon manat (11,1% çox), balans kapitalı isə 17,9 milyon manat (6,7% çox), o cümlədən nizamnamə kapitalı 15 milyon manat (dəyişməyib) olub.