SÜJET

Market araşdırması Bank Sülh gündəliyi Süni intellekt Böyük Qayıdış
“Azər-Türk Bank” I rübdə 5 milyon manata yaxın xalis mənfəət əldə edib

“Azər-Türk Bank” I rübdə 5 milyon manata yaxın xalis mənfəət əldə edib

  • 16 aprel 2026, 17:24

“Azər-Türk Bank” ASC bu ilin I rübünün yekunları ilə bağlı maliyyə göstəricilərini açıqlayıb. 

Yurd.Media xəbər verir ki, Bank yanvar-mart aylarında 4,55 milyon manat xalis mənfəət əldə edib. 

Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 18,8% çoxdur. 

Bu il aprelin əvvəlinə “Azər-Türk Bank”ın aktivləri ötən il aprelin əvvəlinə nisbətən 12,5% çox – 2 200,6 milyon manat, o cümlədən kredit portfeli 0,1% çox – 793,85 milyon manat təşkil edib. Bankın öhdəlikləri 2 078,5 milyon manat (12,6% çox), o cümlədən depozit portfeli 1 563,35 milyon manat (13,1% çox), balans kapitalı isə 122,1 milyon manat (10,2% çox), o cümlədən nizamnamə kapitalı 100,5 milyon manat (27,2% çox) olub. 

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları