SÜJET

Market araşdırması Bank Sülh gündəliyi Süni intellekt Böyük Qayıdış
Dövlət Vergi Xidməti 5,5 milyon manatını geri çəkən şirkət rəhbərini cərimələdi

Dövlət Vergi Xidməti 5,5 milyon manatını geri çəkən şirkət rəhbərini cərimələdi

  • 04 may 2026, 10:18

“Spectron Systems” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) inzibati məsuliyyətə cəlb edilib.

Yurd.Media-nın əldə etdiyi məlumata görə, Səbail Rayon Məhkəməsinə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsi tərəfindən “Spectron Systems” barədə tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər daxil olub.

İnzibati xəta haqqında protokoldan görünür ki, “Spectron Systems” MMC-nin 22 iyul 2025-ci ildə dövlət qeydiyyatına alınmasına baxmayaraq nizamnanə kapitalı bu ilin martın 3-də ödənilib. Nəticədə şirkət tərəfindən İnzibati Xətalar Məcəlləsinin 405-1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törədilib.

İş materiallarında olan sənədlərdən görünür ki, “Spectron Systems” MMC-nin iştirakçılarının ümumi yığıncağının 2 mart 2026-ci il tarixli qərarına əsasən nizamnamə kapitalı 5 501 000 manatdan 1000 manata endirilib. Əlizadə Məhəmməd Əli oğlu cəmiyyətin yeni qanuni təmsilçisi təyin edilib. Cəmiyyətin nizamnaməsinə dəyişiklik təsdiq edilib, nizamnamə kapitalının artırılmasının dövlət qeydiyyatına alınması üçün İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə müraciət edilib.

İnzibati Xətalar Məcəlləsinin 405-1.1-ci maddəsinə əsasən Mülki Məcəllədə nəzərdə tutulmuş müddətdə MMC-nin nizamnamə kapitalının tamamilə ödənilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər iki min manat məbləğində cərimə edilir.

Səbail Rayon Məhkəməsinin qərarı ilə “Spectron Systems” inzibati xətanı törətməkdə təqsirli bilinib və barəsində 2000 manat məbləğində inzibati cərimə tətbiq edilib.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları