Azərbaycandakı 22 bankdan 5-i sistem əhəmiyyətlidir.
Yurd.Media-nın apardığı araşdırmaya görə, sistem əhəmiyyətli banklar “Azərbaycan Beynəlxalq Bankı”, “Bank Respublika”, “Kapital Bank”, “PAŞA Bank” və “Unibank” ASC-lərdir.
Azərbaycan Mərkəzi Bankının İdarə Heyəti “Bankın sistem əhəmiyyətli bank kimi qiymətləndirilməsi Meyarları”nı bu ilin aprel ayında təsdiqləyib.
Meyarlar arasında cəmi aktivlər, depozit portfeli, maliyyə institutları qarşısındakı öhdəliklər, ödəniş sistemləri vasitəsilə aparılan əməliyyatlar, əmanətçi sayı, unikal müştəri sayı və maliyyə inklüzivliyi kimi müxtəlif indikatorlar yer alır. Hər bir indikatorun xüsusi çəkisi müəyyən edilib və bu çəki əsasında bankların sistem əhəmiyyətliliyi indeksi hesablanır.
Bankın sistem əhəmiyyətliliyi aşağıdakı cədvəldə verilmiş göstəricilər (kateqoriyalar, indikatorlar və həmin indikatorlara verilmiş xüsusi çəkilər) vasitəsilə qiymətləndirilir:
No | Kateqoriya | İndikator | Xüsusi çəki (%) |
1 | Ölçü | Cəmi aktivlər | 30% |
Depozit portfeli | 10% | ||
2 | Şaxələnmə | Maliyyə institutları qarşısında öhdəliklər | 8.3% |
Maliyyə institutlarında yerləşdirilən aktivlər | 8.3% | ||
Qiymətli kağızlar üzrə öhdəliklər | 8.3% | ||
3 | Əvəzolunmazlıq | Ödəniş sistemləri vasitəsilə aparılan əməliyyatlar | 7.5% |
Əmanətçi sayı | 7.5% | ||
Unikal müştəri sayı | 7.5% | ||
Maliyyə inklüzivliyi | 7.5% | ||
4 | Mürəkkəblik | Birjadankənar törəmə maliyyə alətləri | 2.5% |
Ticarət məqsədləri üçün nəzərdə tutulan qiymətli kağızlar | 2.5% |