SÜJET

Böyük Qayıdış Bank Süni intellekt Erməni hərbi cinayətkarların məhkəməsi Kiberdələduzluq
Azərbaycanda 5 bankın 9 aylıq əməliyyat mənfəəti 57 milyon manatdan çoxdur

Azərbaycanda 5 bankın 9 aylıq əməliyyat mənfəəti 57 milyon manatdan çoxdur

  • 12 noyabr 2025, 13:37

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycandakı 22 bankdan 5-nin əməliyyat mənfəəti 57 milyon manatdan çox olub.

Yurd.Media xəbər verir ki, bunlar, “Azərbaycan Beynəlxalq Bankı” (408,8 milyon manat), “Kapital Bank” (375,2 milyon manat), “PAŞA Bank” (189,9 milyon manat), “Xalq Bank” (60,1 milyon manat) və “Bank Respublika”dır (58,6 milyon manat).

Qalan 17 bankdan 10-da əməliyyat mənfəəti 10-57 milyon manat arasında, 7 bankda isə 10 milyon manatdan az olub.

Son 1 ildə 22 bankdan 9-nun əməliyyat mənfəəti azalıb. Ən çox azalma “AFB Bank”da (74,1%), ən az azalma isə “Express Bank”da (1%) qeydə alınıb.

13 bankın isə əməliyyat mənfəəti artıb. Ən yüksək dinamika “Bank VTB Azərbaycan”da (73,6%), ən aşağı dinamika isə “Premium Bank”da (3,9%) qeydə alınıb.

Prime Leasing
SPE Annual Caspian