SÜJET

Süni intellekt Böyük Qayıdış Bank Daşınmaz əmlak Sülh gündəliyi
“Embafinans” BOKT-a 7 milyon manat pul lazımdır

“Embafinans” BOKT-a 7 milyon manat pul lazımdır

  • 17 sentyabr 2026, 14:15

"Embafinans" QSC bank olmayan kredit təşkilatı (BOKT) daha 7 milyon manatlıq istiqraz emissiyası elan edib.

Yurd.Media xəbər verir ki, BOKT istiqrazlarının emissiya prospektini Azərbaycan Mərkəzi Bankının Məlumatların Elektron Açıqlanması Sistemində yerləşdirib.

Sənədə əsasən, nominal dəyəri 100 manatdan 70 min ədəd faizli, adlı, təminatsız, sənədsiz istiqrazın birqiymətli təklif üsulu ilə yerləşdirilməsi nəzərdə tutulur.

Qiymətli kağızlar 1 il tədavüldə olacaq. Onlara illik 13% gəlirlilik vəd olunur. Faizlər 3 aydan bir ödəniləcək.

Yerləşdirmə üzrə anderrayter "PAŞA Kapital İnvestisiya Şirkəti" ASC-dir.

Skat.az - Ev və Avtomobil elanları