“PAŞA Bank” ASC-nin səhmlərinin 26,8%-nə nəzarət edən “Bless” MMC yenidən təşkil olunur.
Yurd.Media xəbər verir ki, şirkət bununla bağlı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Vergilər” qəzetində elan verib.
Elanda deyilir ki, buna səbəb “LU-MUN Holding” MMC-nin fəaliyyətinə xitam verilərək ona qoşulmasıdır.