SÜJET

Süni intellekt Böyük Qayıdış Bank Daşınmaz əmlak Sülh gündəliyi
Türk İnvestisiya Fondu bəs eləmədi

Türk İnvestisiya Fondu bəs eləmədi

  • 16 sentyabr 2026, 14:16

Türk dövlətləri qarşılıqlı maliyyələşdirmə məsələsində təkcə Türk İnvestisiya Fondu ilə kifayətlənmək niyyətində deyil. 

Yurd.Media xəbər edir ki, bunu Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) sədr müavini, Türk Dövlətləri ilə Əlaqələr üzrə rəhbər, paytaxt Ankaradan millət vəkili Kürşad Zorlu Bakıda keçirilən Türk Dövlətləri Təşkilatının Aparıcı Milli Analitik Mərkəzlərinin II Beynəlxalq Konfransında bildirib.

Onun sözlərinə görə, artıq türk dövlətləri üçün ortaq İnkişaf Bankının yaradılmasına dair layihə hazırlanıb.

Məqsəd xüsusilə Orta Dəhlizin inkişafı istiqamətində iş adamlarımıza kreditlər verməkdir. 

Skat.az - Ev və Avtomobil elanları