SÜJET

Süni intellekt Böyük Qayıdış Bank Daşınmaz əmlak Sülh gündəliyi
İlkin gəlirlər balansı defisitli, təkrar gəlirlər balansı profisitlidir

İlkin gəlirlər balansı defisitli, təkrar gəlirlər balansı profisitlidir

  • 16 sentyabr 2026, 16:02

Bu ilin I yarısında Azərbaycanın ilkin gəlirlər balansında 907,9 milyon ABŞ dolları defisit yaranıb.

Bu barədə Yurd.Media-ya Azərbaycan Mərkəzi Bankından bildirilib.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə 15,8% azdır.

Yanvar-iyun aylarında ölkənin təkrar gəlirlər balansında isə 525,7 milyon dollar profisit olub. Bu isə 1 il əvvələ nisbətən 86,3% çoxdur.

İlkin və təkrar gəlirlər balansı cari əməliyyatlar balansının tərkib hissəsidir. 6 ayda burada profisit 4 737,7 milyon dollar olub. Bu isə 1 il əvvələ nisbətən 2,05 dəfə çoxdur.

Skat.az - Ev və Avtomobil elanları