SÜJET

Süni intellekt Böyük Qayıdış Bank Daşınmaz əmlak Sülh gündəliyi
Geoengineering”in xalis mənfəəti 32%-dən çox azalıb

"Geoengineering”in xalis mənfəəti 32%-dən çox azalıb

  • 15 sentyabr 2026, 16:38

Azərbaycanın geoloji mühəndislik şirkəti - "Geoengineering” ASC 2026-cı ilin I yarısının yekunları ilə bağlı maliyyə göstəricilərini açıqlayıb. 

Yurd.Media xəbər verir ki, şirkət yanvar-iyun aylarında 0,3 milyon manat xalis mənfəət əldə edib. 

Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 32,2% azdır. 

Bu il iyulun əvvəlinə "Geoengineering”in aktivləri ötən il iyulun əvvəlinə nisbətən 79% çox – 20 milyon manat təşkil edib. Şirkətin öhdəlikləri 13,1 milyon manat (təxminən 2 dəfə çox), balans kapitalı isə 6,9 milyon manat (53,3% çox), o cümlədən nizamnamə kapitalı 0,2 milyon manat (dəyişməyib) olub. 

Skat.az - Ev və Avtomobil elanları