"Pasha Pay" MMC nizamnamə kapitalını 7% artırdı.
Yurd.Media-nın əldə etdiyi məlumata görə, şirkət nizamnamə kapitalını 68,1 milyon manatdan 73,9 milyon manata yüksəldib.
Qeyd edək ki, "Kapital Bank" 21 may 2024-cü il tarixində "Pasha Pay" şirkətinə 48 milyon 704 min manat investisiya yatırıb. "Pasha Pay" 2008-ci ildən əhalinin istifadəsinə verilmiş MilliÖN ödəmə sisteminin əsasında qurulub.
Xatırladaq ki, şirkət okyabr ayının son günlərində nizamnamə kapitalını 13% artırmışdı.