Bu ilin yanvar-sentyabr aylarında Azərbaycandakı 22 bankdan 3-nün gözlənilməz gəlirləri və xərcləri olub.
Yurd.Media xəbər verir ki, “Bank Avrasiya” və “Zıraat Bank Azərbaycan” müvafiq olaraq 545 min manat və 106 min manat gözlənilməz gəlir əldə edib, “Bank BTB” isə 2,831 milyon manat gözlənilməz xərclə üzləşib.
Ötən ilin eyni dövrü ilə müqayisədə “Bank Avrasiya” və “Zıraat Bank Azərbaycan”ın gözlənilməz gəlirləri müvafiq olaraq 65,7% artıb və 0,9% azalıb, “Bank BTB”nin isə gözlənilməz xərcləri 27% azalıb.
Qalan 19 bankın gözlənilməz gəlirləri və xərcləri olmayıb.