SÜJET

Böyük Qayıdış Bank Süni intellekt Erməni hərbi cinayətkarların məhkəməsi Kiberdələduzluq
Kapital Bankın bankomat dərdi: pul köçürülmür, aparatlar düzgün işləmir

"Kapital Bank"ın bankomat dərdi: pul köçürülmür, aparatlar düzgün işləmir

  • 16 noyabr 2025, 09:06

"Kapital Bank" müştərinin bankomatda “itən” 200 dollarını geri qaytarmır – 5 gün ərzində araşdırılacaq deyilir

Yurd.Media-ya daxil olan məlumata görə, "Kapital Bank"ın Şahin adlı müştərisi 4 noyabr tarixində “Birbank” kartı vasitəsilə Bakıda, Marriott Hotel-in yaxınlığında yerləşən bankomatdan 200 ABŞ dolları göndərib. Lakin vəsaitin qarşı tərəfə çatmadığı iddia olunur.

Hadisə baş verən an müştəri dərhal 196 Çağrı Mərkəzi ilə əlaqə saxlayıb və ona Xırdalan filialına müraciət etməsi tövsiyə olunub. Müştəri filialda yenidən ərizə yazmağa məcbur olub və ona bildirilib ki, məsələyə 5 iş günü ərzində baxılacaq.

Məsələyə sosial şəbəkədə münasibət bildirən müştərisi Xəzər Rzazadə isə bildirib ki, "Kapital Bank"ın "Crescent Mall" xaric heç bir aparatı düzgün işləmir:

"Hər dəfə nəsə problem olur. Bu bank ümumiyyətlə müştəri xidmətinə vəsait və vaxt ayırmır". 

Fariz Bəhramov adlı müştəri isə bildirib ki, gün ərzində "Kapital Bank"ın 7 bankomatına yaxınlaşsada heç biri işləmirdi:

"Bezdim ABB-dən çıxarış elədim".

Prime Leasing
SPE Annual Caspian