SÜJET

Sülh gündəliyi Böyük Qayıdış Erməni hərbi cinayətkarların məhkəməsi Bank Süni intellekt
Azərbaycanda 5 bankın 9 aylıq (xalis) mənfəəti 40 milyon manatdan çoxdur

Azərbaycanda 5 bankın 9 aylıq (xalis) mənfəəti 40 milyon manatdan çoxdur

  • 18 noyabr 2025, 09:33

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycandakı 22 bankdan 5-nin (xalis) mənfəəti 40 milyon manatdan çox olub.

Yurd.Media xəbər verir ki, bunlar, “Azərbaycan Beynəlxalq Bankı” (261,3 milyon manat), “Kapital Bank” (229,1 milyon manat), “PAŞA Bank” (132,8 milyon manat), “Xalq Bank” (51,5 milyon manat) və “Bank Respublika”dır (43,2 milyon manat).

Qalan 17 bankdan 7-də (xalis) mənfəəti 10-40 milyon manat arasında, 9 bankda 1-10 milyon manat arasında olub, 1 bank – “Bank BTB” isə bu ilin 9 ayını zərərlə başa vurub.

Son 1 ildə 22 bankdan 10-nun (xalis) mənfəəti artıb. Ən yüksək dinamika “Bank VTB Azərbaycan”da (70,8%), ən aşağı dinamika isə “AFB Bank”da (6,4%) qeydə alınıb.

11 bankın xalis mənfəəti isə azalıb. Ən çox azalma “Azər-Türk Bank”da (49%), ən az azalma isə “Turan Bank”da (3,8%) qeydə alınıb. “Bank BTB”nin isə zərəri 30% artıb.

Prime Leasing
SPE Annual Caspian