SÜJET

Ramazan 2026 Böyük Qayıdış Bank Süni intellekt Daşınmaz əmlak
“BOA Agancy” “Xalq Bank”dan kredit götürüb qurtara bilmir

“BOA Agancy” “Xalq Bank”dan kredit götürüb qurtara bilmir

  • 05 mart 2026, 16:22

Gələn ayın 6-da, saat 11:00-da Azərbaycanın kollektor agentliyi “BOA Agancy” ASC səhmdarlarının növbədənkənar ümumi yığıncağını keçirəcək.

Yurd.Media xəbər verir ki, şirkət bununla bağlı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin "Vergilər" qəzetində elan verib.

Elanda deyilir ki, yığıncaq Bakı şəhəri, Nəsimi rayonu, Mir Cəlal küçəsi, 36D (4-cü mikrorayon) ünvanında olacaq.

Yığıncağın gündəliyinə “Xalq Bank” ASC-dən kredit götürülməsi və cari məsələlər daxildir.

Xatırladaq ki, kredit məsələsi “BOA Agency”nin səhmdarlarının ötən il oktyabrın 6-da keçirilmiş yığıncağının da gündəliyinə daxil edilmişdi.

"BOA Agency"nin səhmlərinin 40%-i İlkin Qəribliyə məxsusdur. O, “Unibank” ASC-nin səhmlərinin 94%-dən çoxuna nəzarət edən Eldar Qəribovun oğludur.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları