SÜJET

Erməni hərbi cinayətkarların məhkəməsi Böyük Qayıdış Kiberdələduzluq Süni intellekt Bank
“Unibank”a yaxın şirkət krediti “Xalq Bank”dan almaq istəyir

“Unibank”a yaxın şirkət krediti “Xalq Bank”dan almaq istəyir

  • 04 oktyabr 2025, 11:42

Oktyabrın 6-da, saat 11:00-da Azərbaycanın kollektor agentliyi “BOA Agancy” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək. 

Yurd.Media xəbər verir ki, şirkət bununla bağlı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin "Vergilər" qəzetində elan verib. 

Elanda deyilir ki, yığıncaq Bakı şəhəri, Nəsimi rayonu, Mir Cəlal küçəsi, 36D (4-cü mikrorayon) ünvanında olacaq.

Yığıncağın gündəliyinə 9 aylıq maliyyə nəticələrinin müzakirə edilməsi, dividendlərin verilməsi və "Xalq Bank" ASC ilə bərpa olunan kredit xətti müqaviləsinin bağlanılması daxildir. 

Xatırladaq ki, "BOA Agency"nin səhmlərinin 40%-i İlkin Qəribliyə məxsusdur. O, “Unibank” ASC-nin səhmlərinin 94%-dən çoxuna nəzarət edən Eldar Qəribovun oğludur. 

Prime Leasing