“Bank of Baku” ASC aprelin 22-də, saat 15:00-da səhmdarlarının növbəti ümumi yığıncağını keçirəcək.
Yurd.Media xəbər verir ki, Bank bununla bağlı rəsmi mətbuatda elan verib.
Elanda deyilir ki, yığıncaq “Bank of Baku”nun baş ofisində - Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospekti, 42 ünvanında olacaq.
Səhmdarların hansı məsələləri müzakirə edəcəyi barədə məlumat verilməyib.