SÜJET

Ramazan 2026 Böyük Qayıdış Bank Süni intellekt Daşınmaz əmlak
Ramiz Mehdiyevin bankının həzin sonu - SƏBƏB

Ramiz Mehdiyevin bankının həzin sonu - SƏBƏB

  • 06 mart 2026, 16:56

"Bank BTB" ASC-nin öz müraciəti əsasında bank olmayan kredit təşkilatına (BOKT) çevrilməsi, onun aktivlərinin və öhdəliklərinin isə "Azərbaycan Beynəlxalq Bankı" ASC-yə (ABB) ötürülməsi 1-cinin sakitcə bağlanmasıdır.

Yurd.Media hesab edir ki, “Bank BTB”nin BOKT kimi fəaliyyət göstərmək üçün onun bank fəaliyyəti dövründə formalaşmış müştəri bazası saxlanılmalıdır. Həmin müştəri bazası isə ABB-yə verilir. 

Çox güman ki, portfeli olmayan BOKT bir müddət sonra bazarı özü tərk edəcək. Bunu indi etmək – “Bank BTB”nin lisenziyasını ləğv etmək bank sektorunun imici üçün problem yaradacağından, başqa sözlə, banklara etimadı azaldacağından ona müvəqqəti olaraq BOKT lisenziyasının verilməsi məqsədəuyğun hesab edilib. 

Xatırladaq ki, "Bank BTB" 2010-cu ildə yaradılıb. Onun nizamnamə kapitalı 71,45 milyon manatdır. Bankın səhmlərinin 76,74 %-i Nigar Mehdiyevaya, 17,68 %-i Rza Sadiqə (Müşahidə Şurasının sədri), 5,58 %-i isə Tükəzban Mahmudovaya məxsusdur. Nigar Mehdiyeva Prezident Administrasiyasının sabiq rəhbəri, Səbail Rayon Məhkəməsinin qərarı ilə ağır cinayətlərdə ittiham olunaraq barəsində cinayət işi açılmış Ramiz Mehdiyevin gəlinidir.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları