SÜJET

Ramazan 2026 Böyük Qayıdış Bank Süni intellekt Daşınmaz əmlak
Azərbaycanda daha bir bank BOKT-a çevrildi

Azərbaycanda daha bir bank BOKT-a çevrildi

  • 06 mart 2026, 15:16

Azərbaycanda daha bir bank BOKT-a cevrilməsi ilə bağlı qərar verib.

AMB-dən Yurd.Media-ya bildirilib ki, Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin bu gün qəbul etdiyi qərarla, qanunvericiliyə müvafiq olaraq, "Bank BTB" ASC-nin müraciəti əsasında onun bank olmayan kredit təşkilatına (BOKT) çevrilməsi formasında yenidən təşkilinə qabaqcadan razılıq verilib.

Qeyd edək ki, bu prosesə hazırlıqla bağlı ilk xəbəri Yurd.Media ötən ayın əvvəlində dərc etmişdi.

 bu çevrilmə istiqamətində zəruri tədbirlər "Bankların yenidən təşkili haqqında Qaydalar"la müəyyən edilmiş prosesə uyğun olaraq tənzimləyici qurumun nəzarəti altında həyata keçiriləcək.

Bu çərçivədə, "Bank BTB" ASC ilə aktivlərinin məbləğinə görə ölkənin ən iri bankı olan "Azərbaycan Beynəlxalq Bankı" ASC (ABB) arasında "Aktivlərin və passivlərin ötürülməsi haqqında müqavilə" imzalanıb. Bu müqaviləyə uyğun olaraq "Bank BTB"də müddətli və tələbli depozitləri olan fiziki və hüquqi şəxslərin razılığı ilə onların depozitlərinə qüvvədə olan şərtlər dəyişdirilmədən ABB-də xidmətin davam etdirilməsi, yaxud ABB-nin onların depozitlərini geri qaytarması təmin olunacaq. Həmçinin, "Bank BTB"yə kredit borcu və yaxud digər öhdəlikləri olan müştərilərə qarşı tələb hüquqları ABB-yə ötürüləcək və ödənişlərin qəbulunu ABB həyata keçirəcək. Sözügedən məsələlərlə bağlı müştərilərə məlumatlar ABB və "Bank BTB" müvafiq kommunikasiya kanalları vasitəsilə çatdıracaq.

Beləliklə, "Bank BTB"nin yenidən təşkili bankın kreditorları, o cümlədən əmanətçiləri üçün heç bir təhdid yaratmır. Qurumun ölkənin bank sisteminin aktivlərində xüsusi çəkisi cəmi 0,6 %, kredit portfelində 0,9 %, sektorun öhdəliklərində isə 0,6 % təşkil edir.

Bu, Azərbaycanda bankın BOKT-a çevrilməsi ilə bağlı 3-cü haldır. Bundan əvvəl "Parabank" ASC "Para" ASC BOKT-a, "Naxçıvan Bank" ASC isə "E-kredit" MMC BOKT-a çevrilib.

Beləliklə, Azərbaycanda bankların sayı 22-dən 21-ə düşəcək.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları