"Azsığorta" ASC 2025-ci ilin yekunları ilə bağlı maliyyə göstəricilərini açıqlayıb.
Şirkət ötən il 1,75 milyon manat xalis mənfəət əldə edib.
Bu, əvvəlki ilə nisbətən 3,4% çoxdur.
Bu ilin əvvəlinə “Azsığorta"nın aktivləri ötən ilin əvvəlinə nisbətən 1,3% az - 30,3 milyon manat olub. Şirkətin öhdəlikləri 10,7 milyon manat (9,6% az), balans kapitalı isə 19,6 milyon manat (4% çox), o cümlədən nizamnamə kapitalı 14 milyon manat (dəyişməyib) olub.