Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları 12 illik fasilədən sonra 15 milyard ABŞ dollarını keçib.
Yurd.Media xatırladır ki, sonuncu dəfə qurum bu göstəriciyə manatının 2015-ci ildəki ikili devalvasiyasından əvvəl – 2014-cü ilin iyul ayında nail olub.
Təkcə ötən il AMB-nin valyuta ehtiyatları 1,5 milyard dollar artıb.
Buna daxili bazardan izafi dollar kütləsini çıxarmaqla (alışyönlü müdaxilə hesabına) nail olunub.