FNC ASC bank olmayan kredit təşkilatı (BOKT) 2026-cı ilin I yarısının yekunları ilə bağlı maliyyə göstəricilərini açıqlayıb.
Yurd.Media xəbər verir ki, kredit təşkilatı yanvar-iyun aylarında 1,2 milyon manat xalis mənfəət əldə edib.
Bu il iyulun əvvəlinə FNC-nin aktivləri ilin əvvəlinə nisbətən 5,2% az – 47,8 milyon manat, o cümlədən kredit portfeli 5,2% az – 46,9 milyon manat təşkil edib.
BOKT-un öhdəlikləri 39,4 milyon manat (8,9% az), balans kapitalı isə 8,4 milyon manat (16,9% çox), o cümlədən nizamnamə kapitalı 1,8 milyon manat (dəyişməyib) olub.