SÜJET

Süni intellekt Böyük Qayıdış Bank Daşınmaz əmlak Sülh gündəliyi
Kredit İttifaqı iri həcmli borca düşüb

Kredit İttifaqı iri həcmli borca düşüb

  • 07 sentyabr 2026, 09:38

"Aqil" Bank Olmayan Kredit İttifaqı Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) böyük həcmdə borcu yığılıb.

Yurd.Media-nın əldə etdiyi məlumata görə, Kredit İttifaqının vergi borcu 165 min manata çatıb.

Əsasən kənd təsərrüfatı ilə sahibkarlığın maliyyələşdirilməsi istiqamətində ixtisaslaşan müvəkkil kredit təşkilatlarından olan "Aqil" MMC 2012-ci ildə yaradılıb.

Saatlı rayonu və ətraf bölgələrdəki kənd təsərrüfatı subyektlərinə, fermerlərə və kiçik sahibkarlara xidmət göstərən Kredit İttifaqının nizamnamə kapitalı 5 min manat, direktoru Rzalı Əkpərovdur.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları