Bu ilin yanvar-avqust aylarında “Assist Finance İnvestisiya Şirkəti” ASC “Bakı Fond Birjası” QSC-də 2 511,4 milyon manatlıq əməliyyat aparıb.
Bu barədə Yurd.Media-ya Birjadan bildirilib.
Məlumata əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 18,5% azdır.
Həmin dövrdə investisiya şirkətinin birja dövriyyəsi 3 082,9 milyon manat təşkil edib.