Azərbaycan Mərkəzi Bankı pul bazasının məbləğini açıqlayıb.
Yurd.Media xəbər verir ki, avqustun sonuna sözügedən göstərici 24,2 milyard manat təşkil edib.
Bu, iyunun sonu ilə müqayisədə 1,2% çoxdur.
Bununla belə, ölkədə pul bazası ilin əvvəlinə nisbətən 7,9%, son 1 ildə isə 14,8% artıb.