Bu ilin yanvar-sentyabr aylarında Azərbaycandakı 22 bankdan 5-nin faiz xərcləri 73 milyon manatdan çox olub.
Yurd.Media xəbər verir ki, bunlar, “Azərbaycan Beynəlxalq Bankı” (283,4 milyon manat), “Kapital Bank” (277,1 milyon manat), “PAŞA Bank” (141,5 milyon manat), “Bank Respublika” (90,8 milyon manat) və “Unibank”dır (73,6 milyon manat).
Qalan 17 bankdan 11-də faiz xərcləri 10-73 milyon manat arasında, 5 bankda 10 milyon manatdan az olub, 1 bankda – İran Milli Bankının Bakı filialında isə olmayıb.
Son 1 ildə 22 bankdan 1-nin – “Bank Avrasiya”nın faiz xərcləri azalıb – 29%. İran bankının son 1 ildə faiz xərcləri olmadığı üçün onun bu kateqoriya üzrə dinamikanı hesablamaq mümkün olmayıb.
20 bankın isə faiz xərcləri artıb. Ən yüksək dinamika “Ziraat Bank Azərbaycan”da (95,8%), ən aşağı dinamika isə “Bank BTB”də (1,2%) qeydə alınıb.