SÜJET

Böyük Qayıdış Bank Süni intellekt Erməni hərbi cinayətkarların məhkəməsi Kiberdələduzluq
Azərbaycanda 5 bankın 9 aylıq əməliyyat xərcləri 150 milyon manatdan çoxdur

Azərbaycanda 5 bankın 9 aylıq əməliyyat xərcləri 150 milyon manatdan çoxdur

  • 05 noyabr 2025, 10:49

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycandakı 22 bankdan 5-nin əməliyyat xərcləri 150 milyon manatdan çox olub.

Yurd.Media xəbər verir ki, bunlar, “Kapital Bank” (963,1 milyon manat), “Azərbaycan Beynəlxalq Bankı” (723,3 milyon manat), “PAŞA Bank” (407,4 milyon manat), “Unibank” (230,3 milyon manat) və “Bank Respublika”dır (189,3 milyon manat).

Qalan 17 bankdan 6-da əməliyyat xərcləri 100-150 milyon manat arasında, 9 bankda 10-100 milyon manat arasında, 2 bankda isə 10 milyon manatdan az olub.

Son 1 ildə 22 bankın hamısının əməliyyat xərcləri artıb. Ən yüksək dinamika “Ziraat Bank Azərbaycan”da (55,4%), ən aşağı dinamika isə “Azərbaycan Sənaye Bankı”nda (2,1%) qeydə alınıb.

Prime Leasing
SPE Annual Caspian