SÜJET

Erməni hərbi cinayətkarların məhkəməsi Böyük Qayıdış Kiberdələduzluq Süni intellekt Bank
“Azərbaycan Dəmir Yolları” mülki məsuliyyətini sığortalamayıb

“Azərbaycan Dəmir Yolları” mülki məsuliyyətini sığortalamayıb

  • 02 oktyabr 2025, 13:58

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda dəmiryol nəqliyyatı vasitələri sahiblərinin mülki məsuliyyətinin sığortası üzrə nə yığım, nə də ödəniş olub.

Yurd.Media xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının açıqladığı sığorta icmalında bildirilir.

Görünən olub ki, dəmir yolu sahəsində təbii inhisarçı olan “Azərbaycan Dəmir Yolları” QSC (ADY) mülki məsuliyyətini sığortalamayıb, yəni sabah ADY-nin qatarlarının iştirakı ilə hər hansı xoşagəlməz hal baş versə və kiməsə zərər vurulsa, həmin zərəri sığorta şirkəti deyil, səhmdar cəmiyyəti özü qarşılamalı olacaq.

Eyni zamanda qeyd edək ki, ADY mülki məsuliyyətini sığortalamasa da, nəqliyyat vasitələrinin sığortalayıb. 8 ay ərzində bu istiqamətdə 48 min manat sığorta haqqı toplanılıb. Sığorta ödənişi isə həyata keçirilməyib.

Prime Leasing