SÜJET

WUF13 Bank Böyük Qayıdış Market araşdırması Sülh gündəliyi
Merkuri BOKT ötən ilin maliyyə hesabatını verib

"Merkuri" BOKT ötən ilin maliyyə hesabatını verib

  • 28 may 2026, 18:17

"Merkuri" QSC bank olmayan kredit təşkilatı (BOKT) 2025-ci ilin yekunları ilə bağlı maliyyə göstəricilərini açıqlayıb.

Yurd.Media xəbər verir ki, kredit təşkilatı ötən il 0,3 milyon manat xalis mənfəət əldə edib. Bu, əvvəlki illə müqayisədə 97,7% çoxdur.

Bu ilin əvvəlinə "Merkuri"nin aktivləri ötən ilin əvvəlinə nisbətən 12,5% çox - 10 milyon manat, o cümlədən kredit portfeli 14,9% çox – 8,9 milyon manat təşkil edib.

BOKT-un öhdəlikləri 8,6 milyon manat (4,2% çox), balans kapitalı isə 1,4 milyon manat (2,2 dəfə çox), o cümlədən nizamnamə kapitalı 1,3 milyon manat (62% çox) olub.

Qeyd edək ki, 2012-ci ildə yaradılan "Merkuri" BOKT-un nizamnamə kapitalı 1 333 260 manatdır, səhmdarları hər biri 50% payla Məmməd Məmmədov və Səbuhi Əzizovdur. BOKT-un qanuni təmsilçisi Teymur Məcidovdur.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları