"City Finance" MMC bank olmayan kredit təşkilatı (BOKT) 2025-ci ilin yekunları ilə bağlı maliyyə göstəricilərini açıqlayıb.
Yurd.Media xəbər verir ki, kredit təşkilatı ötən il 3,1 milyon manat xalis mənfəət əldə edib. Bu, əvvəlki illə müqayisədə 21,9% çoxdur.
Bu ilin əvvəlinə "City Finance"ın aktivləri ötən ilin əvvəlinə nisbətən 36,9% çox - 41,9 milyon manat, o cümlədən kredit portfeli 35,8% çox - 39,6 milyon manat təşkil edib.
BOKT-un öhdəlikləri 23,55 milyon manat (53,2% çox), balans kapitalı isə 18,35 milyon manat (20,5% çox), o cümlədən nizamnamə kapitalı 5 milyon manat (dəyişməyib) olub.
Qeyd edək ki, "City Finance" 2013-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 5 milyon manatdır. Şirkətin təsisçiləri 72,5 % payla "AQA Şirkətlər Qrupu" MMC və 27,5 % payla Məhəmməd Həbibzadədir.