"Kredit Servis" MMC bank olmayan kredit təşkilatı (BOKT) 2025-ci ilin yekunları ilə bağlı maliyyə göstəricilərini açıqlayıb.
Yurd.Media xəbər verir ki, kredit təşkilatı ötən il 0,2 milyon manat xalis mənfəət əldə edib. Bu, əvvəlki illə müqayisədə 3,2 dəfə çoxdur.
Bu ilin əvvəlinə "Kredit Servis"in aktivləri ötən ilin əvvəlinə nisbətən 18,1% çox - 1,9 milyon manat, o cümlədən kredit portfeli 0,9% çox – 1,4 milyon manat təşkil edib.
BOKT-un öhdəlikləri 0,4 milyon manat (58% çox), balans kapitalı isə 1,5 milyon manat (10,3% çox), o cümlədən nizamnamə kapitalı 1,3 milyon manat (dəyişməyib) olub.
Qeyd edək ki, “Kredit Servis” 2011-ci ildə yaradılıb. Qanuni təmsilçisi Teymur Süleymanov olan BOKT bu yaxınlarda nizamnamə kapitalını 1,28 milyon manatdan 1,03 milyon manata salıb.