SÜJET

WUF13 Bank Böyük Qayıdış Market araşdırması Sülh gündəliyi
ABB-İnvest İnvestisiya Şirkəti ötən ilin maliyyə hesabatını verib

"ABB-İnvest İnvestisiya Şirkəti" ötən ilin maliyyə hesabatını verib

  • 28 may 2026, 16:21

"ABB-İnvest İnvestisiya Şirkəti" QSC 2025-ci ilin yekunları ilə bağlı maliyyə göstəricilərini açıqlayıb.

Yurd.Media xəbər verir ki, maliyyə qurumu ötən il 2,35 milyon manat xalis mənfəət əldə edib. Bu, əvvəlki illə müqayisədə 1,5% çoxdur.

Bu ilin əvvəlinə "ABB-invest"in aktivləri ötən ilin əvvəlinə nisbətən 14,8% çox - 30,15 milyon manat təşkil edib.

İnvestisiya şirkətinin öhdəlikləri 20,85 milyon manat (6,2% çox), balans kapitalı isə 9,3 milyon manat (40,4% çox), o cümlədən nizamnamə kapitalı 3 milyon manat (dəyişməyib) olub.

Qeyd edək ki, “ABB-İnvest”i 2020-ci ilin iyun ayında “Azərbaycan Beynəlxalq Bankı” ASC (ABB) yaradıb. Onun nizamnamə kapitalı 3 milyon manatdır.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları