SÜJET

WUF13 Bank Böyük Qayıdış Market araşdırması Sülh gündəliyi
Azpulun maliyyə göstəriciləri pisləşib

"Azpul"un maliyyə göstəriciləri pisləşib

  • 27 may 2026, 17:42

"Azpul" MMC bank olmayan kredit təşkilatı (BOKT) 2025-ci ilin yekunları ilə bağlı maliyyə göstəricilərini açıqlayıb.

Yurd.Media xəbər verir ki, kredit təşkilatı ötən il 11,8 milyon manat xalis mənfəət əldə edib. Bu, əvvəlki illə müqayisədə 5,5 dəfə azdır.

Bu ilin əvvəlinə "Azpul"un aktivləri ötən ilin əvvəlinə nisbətən 16,1% az - 64,9 milyon manat, o cümlədən kredit portfeli 2,3 dəfə az - 23,05 milyon manat təşkil edib.

BOKT-un öhdəlikləri 1,2 milyon manat (5,5 dəfə az), balans kapitalı isə 63,7 milyon manat (10,2% az), o cümlədən nizamnamə kapitalı 0,3 milyon manat (dəyişməyib) olub.

Qeyd edək ki, "Azpul" 2018-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 300 min manatdır. BOKT-un təsisçisi Rusiya vətəndaşı Vladimir Radostovetsdir. 

“Azpulmat” aparatları vətəndaşların şəxsiyyət vəsiqəsinin sürəti və barmaq izi əsasında 30 saniyə ərzində 20 manatdan başlayaraq borc təklif edir. Burada kredit məbləği 20-500 AZN arasında dəyişir. İlk 5 gün faiz hesablanmamaq şərti ilə 45 günlük müddətə gündəlik 0.3% faiz hesablanır

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları