SÜJET

WUF13 Bank Böyük Qayıdış Market araşdırması Sülh gündəliyi
Azərbaycanda maliyyə məhsullarının keyfiyyətinin artırılması üzrə DÖVLƏT PROQRAMI

Azərbaycanda maliyyə məhsullarının keyfiyyətinin artırılması üzrə DÖVLƏT PROQRAMI

  • 26 may 2026, 23:39

Azərbaycanda maliyyə məhsullarının keyfiyyətinin və müştəri məmnuniyyətinin artırılması ilə bağlı xüsusi proqram qəbul olunub.

Yurd.Media xəbər verir ki, Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycanda maliyyə inklüzivliyinin genişləndirilməsinə dair 2027–2030-cu illər üçün Dövlət Proqramı təsdiqlənib.

Sərəncamla Mərkəzi Banka Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin əlaqələndirilməsini və icrasına nəzarəti həyata keçirmək, görülən işlər, o cümlədən nəzərdə tutulmuş tədbirlərin icra vəziyyəti barədə ildə bir dəfə Azərbaycan Prezidentinə məlumat vermək tövsiyə edilib.

Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin icrasının monitorinqini və qiymətləndirilməsini Mərkəzi Bankın sifarişi əsasında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi həyata keçirəcək.

Maliyyə Nazirliyi Mərkəzi Bankla birlikdə Dövlət Proqramında dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilməsi nəzərdə tutulmuş tədbirlərin icrası üçün tələb olunan vəsaitin dövlət büdcəsinin 2027-2030-cu illər üzrə proqnozlarında nəzərdə tutulması ilə bağlı zəruri tədbirlər görəcək.

Dövlət Proqramının əsas məqsədləri maliyyə xidmətlərinə rahat çıxışın təmin edilməsi, həmçinin əhali və MKOB-ların
maliyyə sektorunda geniş iştirakının təmin edilməsi, maliyyə xidmətləri haqqında məlumatlılıq səviyyəsinin artırılması, maliyyə məhsullarının keyfiyyətinin və müştəri məmnuniyyətinin artırılması, fiziki şəxslərin və sahibkarlıq subyektlərinin maliyyə xidmətlərindən bərabər və şəffaf şəkildə istifadə edə bilməsinin təmin edilməsidir.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları