Bu ilin yanvar-aprel aylarında Azərbaycandakı 16 sığorta şirkətindən 5-nin ödənişləri ötən ilin eyni dövrü ilə müqayisədə az olub.
Yurd.Media xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) açıqladığı 4 aylıq sığorta icmalında bildirilir.
Sənədə əsasən, bunlar, “Meqa Həyat Sığorta”, “Xalq Həyat Sığorta”, “Azsığorta”, “Aqrar Sığorta” və “İpək Yolu Sığorta” ASC-lərdir.
Ən çox azalma “İpək Yolu Sığorta”da (96,1%), ən az azalma isə “ Meqa Həyat Sığorta”da (9,9%) qeydə alınıb.
Qalan 11 sığorta şirkətinin isə ödənişləri artıb. Ən yüksək dinamika “Atəşgah Həyat Sığorta” ASC-də (2,4 dəfə), ən aşağı dinamika isə “Qala Sığorta” ASC-də (3,4%) baş verib.