"Viator Mikrokredit Azərbaycan" MMC bank olmayan kredit təşkilatı (BOKT) 2025-ci ilin yekunları ilə bağlı maliyyə göstəricilərini açıqlayıb.
Yurd.Media xəbər verir ki, kredit təşkilatı ötən il 0,35 milyon manat xalis mənfəət əldə edib. Bu, əvvəlki illə müqayisədə 2,2 dəfə azdır.
Bu ilin əvvəlinə "Viator Mikrokredit Azərbaycan"ın aktivləri ötən ilin əvvəlinə nisbətən 10,3 milyon manat, o cümlədən xalis kredit portfeli 19,2% çox – 9,3 milyon manat təşkil edib.
BOKT-un öhdəlikləri 4 milyon manat (62,1% az), balans kapitalı isə 6,3 milyon manat (4,5% çox), o cümlədən nizamnamə kapitalı 0,7 milyon manat (dəyişməyib) olub.