SÜJET

WUF13 Bank Böyük Qayıdış Market araşdırması Sülh gündəliyi
Bankların aktivləri apreldə 1% azalıb

Bankların aktivləri apreldə 1% azalıb

  • 26 may 2026, 16:32

Bu il mayın 1-nə Azərbaycan bankları 57 335,8 milyon manatlıq aktivlərə malik olub.

Yurd.Media xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının açıqladığı bank icmalında bildirilib.

Sənədə əsasən, bu, aprelin 1-i ilə müqayisədə 1% az, ötən il mayın 1-nə nisbətən isə 5% çoxdur.

Son 1 ildə bankların kredit portfeli isə 8,7% artaraq 28 734,9 milyon manat təşkil edib.

Hesabat tarixinə sektorun öhdəlikləri 49 695,5 milyon manat (illik müqayisədə 4,35% çox), o cümlədən depozit portfeli 20 498,6 milyon manat (2,8% çox), balans kapitalı isə 7 660,3 milyon manat (9,7% çox) olub.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları