SÜJET

WUF13 Bank Böyük Qayıdış Market araşdırması Sülh gündəliyi
Ekspert: İri maliyyə qurumları Dövlət Proqramının icrası ilə bağlı üzərlərinə düşəni etməlidir

Ekspert: "İri maliyyə qurumları Dövlət Proqramının icrası ilə bağlı üzərlərinə düşəni etməlidir"

  • 27 may 2026, 16:14

İri maliyyə qurumları Dövlət Proqramının icrası ilə bağlı üzərlərinə düşəni etməlidir.

Yurd.Media "Azərtac"a istinadən xəbər verir ki, bunu maliyyəçi-ekspert Namiq Hüseynov Prezident İlham Əliyevin mayın 26-da təsdiq etdiyi “Maliyyə inklüzivliyinin genişləndirilməsinə dair 2027–2030-cu illər üçün Dövlət Proqramı”nı şərh edərkən bildirib.

Onun sözlərinə görə, Dövlət Proqramında bankçılıq və qeyri-bankçılıq, eləcə də sığorta, investisiya və ödəniş sektorları ilə bağlı konkret hədəflər müəyyən edilib.

Ekspert deyib ki, bu hədəflər Azərbaycanda həm maliyyə xidmətlərindən istifadə üzrə göstəricilərin artırılmasını, həm də bir sıra yenilikləri, məsələn, maliyyə institutlarının “Öz müştərini tanı” sisteminə qoşulmasını, "Açıq sığorta modeli"nin tətbiq edilməsini, fərdi investorlara yönəlmiş azı bir investisiya fondunun yaradılmasını, ödəniş xidməti təchizatçılarının “Açıq bankçılıq” modelini tətbiq etməsini əhatə edir.

“Bu hədəflərə nail olmaq üçün dövlət və ictimai qurumlarla yanaşı, özəl qurumlar da fəal olmalıdır. Söhbət maliyyə bazarı iştirakçılarından – banklar və bank olmayan kredit təşkilatlarından, sığorta və investisiya şirkətlərindən, ödəniş təşkilatlarından gedir. Ən azı iri maliyyə qurumları Dövlət Proqramının icrası ilə bağlı üzərlərinə düşəni etməlidir. Məqsəd inkişaf etmiş ölkələrdə olduğu kimi, əhalinin böyük hissəsinin maliyyə xidmətləri ilə əhatə edilməsidir”, - deyə o vurğulayıb.

maliyyəçi-ekspert Namiq Hüseynovmaliyyəçi-ekspert Namiq Hüseynov

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları