"Avrasiya-Kredit" MMC bank olmayan kredit təşkilatı (BOKT) 2025-ci ilin yekunları ilə bağlı maliyyə göstəricilərini açıqlayıb.
Yurd.Media xəbər verir ki, kredit təşkilatı ötən il 0,5 milyon manat xalis mənfəət əldə edib. Bu, əvvəlki illə müqayisədə 30,8% azdır.
Bu ilin əvvəlinə "Avrasiya-Kredit"in aktivləri ötən ilin əvvəlinə nisbətən 11,1% çox - 5,2 milyon manat, o cümlədən kredit portfeli 4% çox – 4,5 milyon manat təşkil edib.
BOKT-un öhdəlikləri 0,5 milyon manat (8,1% çox), balans kapitalı isə 4,7 milyon manat (11,4% çox), o cümlədən nizamnamə kapitalı cəmi 1000 manat (dəyişməyib) olub.
Qeyd edək ki, Beynəlxalq Avrasiya Mətbuat Fondu tərəfindən 2007-ci ildə yaradılan “Avrasiya Kredit” BOKT-un nizamnamə kapitalı 1 000 manatdır.