İDK MMC bank olmayan kredit təşkilatı (BOKT) 2025-ci ilin yekunları ilə bağlı maliyyə göstəricilərini açıqlayıb.
Yurd.Media xəbər verir ki, kredit təşkilatı ötən il 0,5 milyo manat zərər edib. Bu, əvvəlki illə müqayisədə 6,7% çoxdur.
Bu ilin əvvəlinə İDK-nın aktivləri ötən ilin əvvəlinə nisbətən 27,4% az - 1,1 milyon manat, o cümlədən kredit portfeli 5,7% çox – 0,7 milyon manat təşkil edib.
BOKT-un öhdəlikləri demək olar ki, 100 % azalıb, balans kapitalı 1,1 milyon manat (7,1% az), o cümlədən nizamnamə kapitalı 0,8 milyon manat (11,1% çox) olub.
Qeyd edək ki, 2011-ci ildə Əliyar Əsgərov tərəfindən yaradılan İDK nizamnamə kapitalı 800 min manatdır. BOKT-un direktoru Fatimə Nuridir.