"Capital Partners İnvestisiya Şirkəti" QSC 2025-ci ilin yekunları ilə bağlı maliyyə göstəricilərini açıqlayıb.
Yurd.Media xəbər verir ki, maliyyə qurumu ötən il 0,05 milyon manat xalis mənfəət əldə edib. Bu, əvvəlki illə müqayisədə 15,2% çoxdur.
Bu ilin əvvəlinə "Capital Partners"in aktivləri ötən ilin əvvəlinə nisbətən 25,9% çox – 1 milyon manat təşkil edib.
İnvestisiya şirkətinin öhdəlikləri 0,3 milyon manat (2,2 dəfə çox), balans kapitalı isə 0,7 milyon manat (8% çox), o cümlədən nizamnamə kapitalı 0,4 milyon manat (dəyişməyib) olub.
“Capital Partners İnvestisiya Şirkəti” QSC, 2007-ci ildə yaranıb və “Rabitəbank” ASC-nin törəmə şirkətidir.
“Capital Partners”in əsas fəaliyyət istiqaməti qiymətli kağızlar və yaxud törəmə maliyyə alətləri ilə bağlı müştəri sifarişlərinin qəbulu və icrası, fərdi investorların portfelinin idarə edilməsi, qiymətli kağızların yerləşdirilməsi, anderraytinqi və investisiya məsləhətlərinin verilməsi, mərkəzi depozitarın və fond birjasının üzvü qismində öz hesabına qiymətli kağızlar və ya törəmə maliyyə alətləri ilə əməliyyatlar aparılması və marja ticarətidir.