SÜJET

WUF13 Bank Böyük Qayıdış Market araşdırması Sülh gündəliyi
İnno Kapital İnvestisiya Şirkətinin aktivləri 67%-ə yaxın azalıb

"İnno Kapital İnvestisiya Şirkəti"nin aktivləri 67%-ə yaxın azalıb

  • 30 may 2026, 17:06

"İnno Kapital İnvestisiya Şirkəti" QSC 2025-ci ilin yekunları ilə bağlı maliyyə göstəricilərini açıqlayıb.

Yurd.Media xəbər verir ki, maliyyə qurumu ötən il 0,8 milyon manat xalis mənfəət əldə edib. Bu, əvvəlki illə müqayisədə 2,2 dəfə çoxdur.

Bu ilin əvvəlinə "İnno Kapital"ın aktivləri ötən ilin əvvəlinə nisbətən 66,7% az - 10,9 milyon manat təşkil edib.

İnvestisiya şirkətinin öhdəlikləri 1,1 milyon manat (95,5% az), balans kapitalı isə 9,8 milyon manat (9,6% çox), o cümlədən nizamnamə kapitalı 6,25 milyon manat (dəyişməyib) olub.

Qeyd edək ki, 2012-ci ildən “PSG-Kapital" adı ilə fəaliyyət göstərən şirkət rebrendiq edərək “İnno Kapital İnvestisiya Şirkəti” ASC kimi işini davam etdirir. Şirkətin nizamnamə kapitalı 6,2 milyon manat təşkil edir.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları