"Azfinans" MMC bank olmayan kredit təşkilatı (BOKT) 2025-ci ilin yekunları ilə bağlı maliyyə göstəricilərini açıqlayıb.
Yurd.Media xəbər verir ki, kredit təşkilatı ötən il 0,1 milyon manat zərər edib. Bu, əvvəlki illə müqayisədə 87,2% çoxdur.
Bu ilin əvvəlinə “Azfinans"ın aktivləri ötən ilin əvvəlinə nisbətən 4,8 dəfə çox - 1,5 milyon manat, o cümlədən kredit portfeli 2,5 dəfə çox - 0,8 milyon manat təşkil edib.
BOKT-un öhdəlikləri 0,3 milyon manat (6,15 dəfə çox), balans kapitalı isə 1,2 milyon manat (4,5 dəfə çox), o cümlədən nizamnamə kapitalı 1,3 milyon manat (4,3 dəfə çox) olub.
“Azfinans” 2021-ci ildə yaradılıb. BOKT-un təsisçiləri 70% payla Fidan Axundova və 30% payla Orxan Məmmədovdur.