SÜJET

Süni intellekt Böyük Qayıdış Bank Daşınmaz əmlak Sülh gündəliyi
FINCA Azerbaijanın xalis mənfəəti 2 dəfə azalıb

"FINCA Azerbaijan"ın xalis mənfəəti 2 dəfə azalıb

  • 29 may 2026, 09:03

"FINCA Azerbaijan" MMC bank olmayan kredit təşkilatı (BOKT) 2025-ci ilin yekunları ilə bağlı maliyyə göstəricilərini açıqlayıb.

Yurd.Media xəbər verir ki, kredit təşkilatı ötən il 1,6 milyon manat xalis mənfəət əldə edib. Bu, əvvəlki illə müqayisədə 48,7% və yaxud təxminən 2 dəfə azdır.

Bu ilin əvvəlinə "FINCA Azerbaijan"ın aktivləri ötən ilin əvvəlinə nisbətən 1,8% az - 75 milyon manat, o cümlədən kredit portfeli 1,5% az – 63 milyon manat təşkil edib.

BOKT-un öhdəlikləri 57,6 milyon manat (1,2% az), balans kapitalı isə 17,4 milyon manat (3,5% az), o cümlədən nizamnamə kapitalı 3,8 milyon manat (dəyişməyib) olub.

Qeyd edək ki, “Finca Azərbaycan" 1998-ci ildə yaradılıb. Mikromaliyyə təşkilatının nizamnamə kapitalının 100%-i Niderlandda qeydiyyatdan keçmiş “Finca Microfinance Cooperatief U.A” şirkətinə məxsusdur.

Şirkət son dövrdə problemli kreditlərlə bağlı tez-tez məhkəmələrə müraciət etməli olur. Belə ki, BOKT 27 və daha artıq faizlə verdiyi kreditlərə görə müştərilərinə qarşı Şəmkir, Sabirabad Rayon Məhkəməsində, Ağdam Rayon MəhkəməsindəXaçmaz Rayon Məhkəməsində iddia qaldırmışdı.

Skat.az - Ev və Avtomobil elanları