SÜJET

WUF13 Bank Böyük Qayıdış Market araşdırması Sülh gündəliyi
Embafinans BOKT ötən ilin maliyyə hesabatını verib

"Embafinans" BOKT ötən ilin maliyyə hesabatını verib

  • 29 may 2026, 17:48

"Embafinans" QSC bank olmayan kredit təşkilatı (BOKT) 2025-ci ilin yekunları ilə bağlı maliyyə göstəricilərini açıqlayıb.

Yurd.Media xəbər verir ki, kredit təşkilatı ötən il 8,1 milyon manat xalis mənfəət əldə edib. Bu, əvvəlki illə müqayisədə 12,7% çoxdur.

Bu ilin əvvəlinə "Embafinans"ın aktivləri ötən ilin əvvəlinə nisbətən 22,4% çox - 85,7 milyon manat, o cümlədən kredit portfeli 26,4% çox - 78,3 milyon manat təşkil edib.

BOKT-un öhdəlikləri 54,8 milyon manat (24% çox), balans kapitalı isə 30,9 milyon manat (19,9% çox), o cümlədən nizamnamə kapitalı 10 milyon manat (dəyişməyib) olub.

Qeyd edək ki, 2012-ci ildə yaradılan "Embafinans" QSC-nin əsas payçılarından biri Milli Məclisin deputatı Məşhur Məmmədov olmuşdu. 

2021-ci ildə "Embafinans"ın səhmdarları Elşad Abbasov (60%) və Milli Məclisin 6-cı çağırış deputatı Məşhur Məmmədov (40%) paylarının bir hissəsini yeni investora satıblarlar. Tamara Polyakova BOKT-un səhmlərinin 14%-nə yiyələnib. Daha sonra Məşhur Məmmədov 35%-lik hissəni də Elşad Abbasova ötürüb və sonuncunun payı 86%-ə qalxıb. "Embafinans"ın nizamnamə kapitalı 10 milyon manatdır.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları