"Kredaqro" MMC bank olmayan kredit təşkilatı (BOKT) 2025-ci ilin yekunları ilə bağlı maliyyə göstəricilərini açıqlayıb.
Yurd.Media xəbər verir ki, kredit təşkilatı ötən il 2,2 milyon manat xalis mənfəət əldə edib (əvvəlki ili 0,2 milyon manat xalis zərərlə başa vurmuşdu).
Bu ilin əvvəlinə “Kredaqro"nun aktivləri ötən ilin əvvəlinə nisbətən 5,2 dəfə çox - 53,2 milyon manat, o cümlədən kredit portfeli 5,7 dəfə çox - 37,45 milyon manat təşkil edib.
BOKT-un öhdəlikləri 24,2 milyon manat (4,5 dəfə çox), balans kapitalı isə 29 milyon manat (6 dəfə çox), o cümlədən nizamnamə kapitalı 23,8 milyon manat (23,8 dəfə çox) olub.
Qeyd edək ki, "Kredaqro"da bu il təsisçisi dəyişib. Belə ki, yeganə təsisçi Rusiyaya məxsus "Aqromostfinans" MMC payını öz ölkəsinin vətəndaşı Nikolay Smirnova ötürüb. Yeni təsisçi BOKT-un nizamnamə kapitalını 65,7 milyon manata çatdırıb.