"Azərbaycan Mikro-Kredit" MMC bank olmayan kredit təşkilatı (BOKT) 2025-ci ilin yekunları ilə bağlı maliyyə göstəricilərini açıqlayıb.
Yurd.Media xəbər verir ki, kredit təşkilatı ötən il 0,2 milyon manat xalis mənfəət əldə edib.
Bu, əvvəlki illə müqayisədə 74% azdır.
Bu ilin əvvəlinə “Azərbaycan Mikro-Kredit”in aktivləri ötən ilin əvvəlinə nisbətən 16,2% az - 7,7 milyon manat, o cümlədən kredit portfeli 18,4% az – 6,7 milyon manat təşkil edib. BOKT-un öhdəlikləri 6,2 milyon manat (21,6% az), balans kapitalı isə 1,5 milyon manat (15,2% çox), o cümlədən nizamnamə kapitalı 1,7 milyon manat (dəyişməyib) olub.