SÜJET

Bank Böyük Qayıdış Erməni hərbi cinayətkarların məhkəməsi Süni intellekt Kiberdələduzluq
Azərbaycan Beynəlxalq Bankının səhmlərini almışdılar, peşman oldular

"Azərbaycan Beynəlxalq Bankı"nın səhmlərini almışdılar, peşman oldular

  • 27 avqust 2025, 14:02

"Azərbaycan Beynəlxalq Bankı" ASC (ABB) 2025-ci ilin I yarısının yekunları ilə bağlı idarəetmə hesabatını açıqlayıb.

Yurd.Media xəbər verir ki, sənədə əsasən, yanvar-iyun aylarında Bankın 2 277 fiziki şəxs və 1 hüquqi şəxs səhmdarı payını satıb. 

Beləliklə, ABB-da pay sahibi olan fiziki şəxslərin sayı 29 921-ə, hüquqi şəxslərin sayı isə 32-yə düşüb. 

Ötən il iyulun 1-nə dövlət bankının cəmi 1 779 fiziki şəxs və 15 hüquqi şəxs səhmdarı var idi.

ABB-nin nizamnamə kapitalının 4,6% artırılaraq 1 225,65 milyon manatdan 1 281,27 milyon manata çatdırılmasından sonra fiziki şəxslərin sayı 32 198-ə, hüquqi şəxslərin sayı isə 33-ə yüksəlmişdi. Yəni, bank xeyli sayda yeni səhmdar cəlb etmişdi. Görünən isə odur ki, onların bir qismi kredit təşkilatının səhmlərini almağa peşman olublar. 

Prime Leasing