Azərbaycan Mərkəzi Bankı 2025-ci ilin yanvar-avqust aylarının yekunları ilə bağlı bank icmalını açıqlayıb.
Yurd.Media xəbər verir ki, sənədə əsasən, yerli banklar 8 ay ərzində 774,3 milyon manat xalis mənfəət əldə edib.
Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 0,3% çoxdur.
Beləliklə, bankların aylıq “təmiz gəliri”i 96,8 milyon manat təşkil edib.